Koronavirusa yoluxma kəskin artdı –  SON STATİSTİKA
30 mart 2021 14:23 (UTC +04:00)

Koronavirusa yoluxma kəskin artdı – SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 259 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3538 nəfər vəfat edib, aktiv xəstə sayı 18600 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 099, ötən müddət ərzində isə ümumilikdə 2 858 773 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3117
avatar

Oxşar yazılar