Koronavirus STATİSTİKASI : sağalanlar çoxalıb
25 aprel 2021 17:39 (UTC +04:00)

Koronavirus STATİSTİKASI: sağalanlar çoxalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 541 yeni yoluxma faktı qeydə alınıb, 2 245  nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 313 006 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib, 29 456  aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 11 492, hazırkı dövrədək isə 3 189 536 test aparılıb.

# 2193
avatar

Oxşar yazılar