Koronavirusa yoluxma statistikası
06 yanvar 2021 16:36 (UTC +04:00)

Koronavirusa yoluxma statistikası

Koronavirus statistikası: 799 nəfər yoluxdu, 2383 nəfər sağaldı, 26 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 222 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 596 nəfər müalicə olunaraq sağalıb, 2818 nəfər vəfat edib, aktiv xəstə sayı 17 786 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 364, ötən müddət ərzində isə ümumilikdə 2 231 993 test aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359
avatar

Oxşar yazılar