Koronavirusla bağlı statistika
27 yanvar 2021 16:17 (UTC +04:00)

Koronavirusla bağlı statistika

Koronavirus statistikası: 226 nəfər yoluxdu, 601 nəfər sağaldı, 5 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3 105 nəfər vəfat edib, aktiv xəstə sayı 4 762 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 458, ötən müddət ərzində isə ümumilikdə 2 380 074 test aparılıb. 

# 1587
avatar

Oxşar yazılar