Koronavirusla bağlı statistika
19 fevral 2021 15:04 (UTC +04:00)

Koronavirusla bağlı statistika

Koronavirus statistikası: 193 nəfər yoluxdu, 201 nəfər sağaldı, 3 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 829 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 472 nəfər müalicə olunaraq sağalıb, 3 193 nəfər vəfat edib, aktiv xəstə sayı 2 164 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 215, ötən müddət ərzində isə ümumilikdə 2 535 825 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3039
avatar

Oxşar yazılar