Koronavirusla bağlı statistika
10 fevral 2021 16:31 (UTC +04:00)

Koronavirusla bağlı statistika

Koronavirus statistikası: 147 nəfər yoluxdu, 236 nəfər sağaldı, 4 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 147 yeni yoluxma faktı qeydə alınıb, 236 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 914 nəfər müalicə olunaraq sağalıb, 3 167 nəfər vəfat edib, aktiv xəstə sayı 2 428 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 298, ötən müddət ərzində isə ümumilikdə 2 470 908 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1740
avatar

Oxşar yazılar