Koronavirus statistikası:  140 sağalma, 128 yoluxma, 2 ölüm
14 fevral 2021 17:45 (UTC +04:00)

Koronavirus statistikası: 140 sağalma, 128 yoluxma, 2 ölüm

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 232123 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226654 nəfər müalicə olunaraq sağalıb, 3180 nəfər vəfat edib, aktiv xəstə sayı 2289 nəfərdir.

Ölkədə son sutka ərzində 6647, hazırkı dövrədək isə 2 501 845 test aparılıb.
# 1755
avatar

Oxşar yazılar