Koronavirusla bağlı statistika
25 fevral 2021 17:08 (UTC +04:00)

Koronavirusla bağlı statistika

Koronavirus statistikası: 126 nəfər yoluxdu, 142 nəfər sağaldı, 3 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3 209 nəfər vəfat edib, aktiv xəstə sayı 2 262 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 438, ötən müddət ərzində isə ümumilikdə 2 576 454 test aparılıb.

# 1461
avatar

Oxşar yazılar