Lent.az “Bir sual, bir cavab” rubrikasında Koronavirus orqanizmdə hansı vitaminləri tükətdiyinə cavab axtarır.
Türkiyə mediasında yayılan məlumata görə, mütəxəssislər bildirir ki, koronavirusa yoluxma orqanizmin infeksiyaya qarşı müqavimətini artıran A vitamininin konsentrasiyasını azaldır. Koronavirusla mübarizə aparmaq üçün retinolun parçalanmasına səbəb olan dərmanların yanında A vitaminin böyük dozada istifadəsinin mümkünlüyünü göstərir.
Həkimlər Türkiyənin 23 sağlam sakini və 27 son dərəcə ağır koronavirus infeksiyasından əziyyət çəkən və reanimasiya şöbəsində intensiv terapiya keçən xəstələrdən qan nümunələr götürərək bu qənaətə gəliblər.