Koronavirus daha neçə nəfəri öldürdü? -  SON STATİSTİKA
10 oktyabr 2022 17:31 (UTC +04:00)

Koronavirus daha neçə nəfəri öldürdü? - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 822 186 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 811 727 nəfər müalicə olunaraq sağalıb, 9 928 nəfər vəfat edib, aktiv xəstə sayı 531 nəfərdir.

Ölkədə son sutka ərzində 1 408, hazırkı dövrədək isə 7 274 499 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181
avatar

Oxşar yazılar