Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın müsabiqəli maliyyə yardımının göstərilməsinə dair müddəalarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən qəzet redaksiyalarına 2021-ci ilin I yarısı üçün maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqə yekunlaşıb.
KİVDF-dən Lent.az-a verilən xəbərə görə, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda müəyyən edilmiş 19 sahə üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 qəzet redaksiyası tərəfindən sənəd təqdim edilib.
Müsabiqə qaydalarına əsasən müstəqil ekspertlər tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrinə uyğun olaraq 19 ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul olunub.
Fond tərəfindən 2021-ci ilin I yarısı ərzində aylıq maliyyə yardımı göstəriləcək ictimai-siyasi qəzetlərin siyahısı ilə fondun rəsmi saytında (www.kivdf.gov.az) tanış olmaq mümkündür.
№ |
Qəzetin adı |
Qalib elan olunduğu sahə (sahələr) |
1. |
“Səs” qəzeti |
1) ictimai və dövlət maraqlarının müdafiəsi; 2) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; 3) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. |
2. |
“Şərq” qəzeti |
1) fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; 2) ictimai və dövlət maraqlarının müdafiəsi; 3) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. |
3. |
“525-ci qəzet” |
1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği; 2) elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması; 3) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. |
4. |
“Yeni Müsavat” qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; 2) azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi; 3) uşaq və gənclərin fiziki və mənəvi inkişafı. |
5. |
“Bakı-Xəbər” qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; 2) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği; 3) dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. |
6. |
“Yeni Azərbaycan” qəzeti |
1) azərbaycançılıq ideyasının təbliği; 2) regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. |
7. |
“Novoye Vremya” qəzeti |
1) azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi; 2) ekologiya və ətraf mühitin müdafiəsi.
|
8. |
“Azernews” qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; 2) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.
|
9. |
“Xalq Cəbhəsi” qəzeti |
1) vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu; 2) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. |
10. |
“Hürriyyət” qəzeti |
1) ictimai və dövlət maraqlarının müdafiəsi; 2) diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi. |
11. |
“Ədalət” qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; 2) regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. |
12. |
“Həftə içi” qəzeti |
1) elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması; 2) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. |
13. |
“Azad Azərbaycan” qəzeti |
1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. |
14. |
“Türküstan” qəzeti |
1) azərbaycançılıq ideyasının təbliği. |
15. |
“Olaylar” qəzeti |
1) gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi. |
16. |
“Paralel” qəzeti |
1) ekologiya və ətraf mühitin müdafiəsi. |
17. |
“Unikal” qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. |
18. |
“Nedelya” qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. |
19. |
“Hərbi And” qəzeti |
1) gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi. |