Kəskin istilər hər il yüz minlərlə insanı öldürür - ARAŞDIRMA
30 avqust 2022 19:00 (UTC +04:00)

Kəskin istilər hər il yüz minlərlə insanı öldürür - ARAŞDIRMA

ABŞ, Avstraliya və Kanada alimləri “İsti hava və həddindən artıq istilər: sağlamlıq riskləri” mövzusunda araşdırma aparıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, tədqiqatçıların məlumatına görə, təkcə 2019-cu ildə dünyada ən azı 356 min insan yüksək temperaturdan ölüb.

Ümumilikdə, 1980-ci ildən 2016-cı ilə qədər istiliklə bağlı ölümlər qlobal miqyasda 74 faiz artıb və bu, artmaqda davam edir. Alimlərin fikrincə, yəqin ki, hər il anormal temperaturun qurbanları daha çox olacaq.

Həddindən artıq istilər ən azı 17 ölüm səbəbi ilə əlaqələndirilib ki, bunların da əksəriyyəti ürək-damar və ağciyər xəstəlikləri ilə bağlıdır. Həmçinin, yüksək temperatur birbaşa və ya dolayı yolla qətl, intihar və boğulma səbəbi ola bilər. Bundan əlavə, çox isti hava ənənəvi olaraq xəstəxanaya yerləşdirmə və psixi sağlamlıq problemlərinin artmasına səbəb olur.

“Ən böyük problem odur ki, bu, bir çox insanın ölümünə səbəb olan gizli iqlim problemidir, lakin bu, qasırğa və ya buna bənzər bir şey qədər təsiredici deyil. Bu, sadəcə olaraq hər zaman olur, buna görə də məkrlidir,” - Kaliforniya Universitetinin ekoloji epidemioloqu Tarik Benmarhniya bildirib.

Alimlər temperaturun normadan yuxarı qalxması üçün erkən xəbərdarlıq sistemləri və istilik dalğalarının səlahiyyətli proqnozlaşdırılması kimi müxtəlif cavab tədbirlərinin həyata keçirilməsini təklif ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar