“Kəlbəcərdə çovğun nəticəsində itkin düşmüş baş leytenant Fuad Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir”.
Lent.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Anar Eyvazov deyib.
Kərim Vəliyev Ermənistanla sərhəddə döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı tapşırıq verib
MN: Ermənistanla sərhəddə vəziyyət gərginləşib, adekvat cavab tədbirləri görülür Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib Nazirlik rəsmisi bildirib ki, ərazinin çətin relyefli yüksəklikdə və qarla örtülməsini nəzərə alaraq bura kifayət qədər şəxsi heyət və xüsusi texnika cəmləşdirilib, axtarış işlərinə cəlb olunan şəxsi heyət mütəmadi olaraq isti yemək və çayla təmin edilib: "Azad olunmuş Kəlbəcər və Laçın rayonları çətin relyefli, əsasən dağlıq və meşə sahələrindən ibarətdir. Bu rayonlarda qış ayları çox sərt keçir, havanın temperaturu gecələr - 15-20 dərəcə arasında dəyişir, bəzən bu temperatur mənfi 30 dərəcəyə qədər düşür. Azərbaycan ordusunun mühəndis qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə yolların daima işlək vəziyyətdə saxlanılması və bölmələrin fasiləsiz təminatını həyata keçirmək üçün lazım olan bütün tədbirləri həyata keçirlər. Bu tədbirlərə yolların qar örtüyündən təmizlənməsi, işarəedici çubuqların basdırılması da daxildir. Lakin külək və çovğun nəticəsində bəzən təmizlənmiş yollar qısa müddətdə yenə də qarla örtülür”.
A.Eyvazovun sözlərinə görə, Azərbaycan respublikasının prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində qısa müddət ərzində sözügedən ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial məişət şəraiti yaxşılaşdırılıb: “Yeni inşa edilən və ya əsaslı təmir olunan yaşayış məntəqələri bu rayonlarda dislokasiya olunan hərbi hissələrin istifadəsinə verilib."
***
15:45
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçularımız - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb.
Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.
Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.