Yanvarın 18-dən etibarən 5 şəhər və 12 rayonda karantin postları ləğv ediləcək.
Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.
O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur: “Şəhər və rayonlar daxilində quraşdırılan karantin postları vətəndaşların evdən çıxmaq icazələrini yoxlamaq üçün qurulmuşdu. Qərar qüvvədən düşdüyü üçün həmin postlar da yığışdırılacaq. Yanvarın 25-dək rayonlardan Bakı, Abşeron və Sumqayıt şəhərlərinə gediş-gəlis məhdudiyyəti qüvvədə qaldığı üçün isə Bakı-Quba yolu, Bakı-Şamaxı yolu və Bakı-Ələt avtomobil yollarındakı karantin postları fəaliyyətini davam etdirəcək", - deyə Namidan Piriyev əlavə edib.