Jurnalistlərin növbəti peyvəndlənməsi bu tarixdə olacaq
23 aprel 2021 17:28 (UTC +04:00)

Jurnalistlərin növbəti peyvəndlənməsi bu tarixdə olacaq

Aprelin 26-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı peyvəndlənməsini davam etdiriləcək.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, indiyədək şurada 200-dək jurnalist peyvənd olunub. Şuraya bununla əlaqədar əlavə 150-dən artıq yeni müraciət daxil olub. Müraciət edənlər peyvəndlənmənin aparılacağı barədə məlumatlandırılıblar. Onlar növbəlilik əsasında peyvənd oluna biləcəklər.

Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və peyvəndlənmədən keçməyən əməkdaşlarının siyahısını şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada peyvənd olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

Adı, soyadı, atasının adı;

Doğum tarixi;

Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);

Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected][email protected] elektron poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər.

Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar