Azərbaycanda tükürpədici hadisə yaşanıb.
Lent.az bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, 44 günlük Qarabağ müharibəsində itkin düşən əsgər Vasif Abıyev komandirinin yuxusuna girib:
“Yuxuda komandirinə deyib ki, "Komandir yatdığım yerdə çox üşüyürəm, səndən istəyim, məni gəl buradan götür, sən axı buranı tanıyırsan".
Komandiri yuxuda əsgərinin dediyi yerə gedib. Orada əsgərinin şəhid olduğunu görüb və onun cənazəsini ərazidən gətirərək ailəsinə təhvil verib”.
Xatırladaq ki, sözügedən şəhid qəhrəmanımız Vasif Abıyev dekabrın 1-də doğulduğu Lənkəran rayonunda torpağa tapşırılıb.
Rayonun Nərimanabad qəsəbəsindən olan V. Abıyev cəbhəyə könüllü yollanıb. Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.
Şəhidin 12 yaşlı övladı yadigar qalıb.