İtkin düşən daha bir hərbçimizin şəhid  xəbəri gəldi - FOTO
31 may 2021 14:14 (UTC +04:00)

İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu müəyyənləşib.

Lent.az-ın məlumatına görə, Neftçala rayonundan olan əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb.

Onun sabah Neftçala şəhər Şəhidlər xiyabanında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, şəhidimiz 2001-ci il aprelin 4-də Neftçala rayonunun Dalğa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Məmmədağa hərbi xidmət müddətinə Neftçalada başlayıb, Beyləqanda davam etdirib.

 

# 4587
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar