İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Lent.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Samur –Yalama milli parkı
İyulun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 16-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 30-34° 16-da 22-26° isti olacaq.
Altıağac milli parkı
Havanın sabit, yağmursuz keçəcəyi, lakin 16-da arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 29-34° 16-da 24-28° isti olacaq.
Ağgöl milli parkı
Yağmursuz, sabit hava şəraiti olsada, iyulun 16-da fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 31-36° 16-da 25-29° isti olacaq.
Qızılağac milli parkı
Cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləsədə, ayın 16-da arabir yağış yağacaq. Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° 16-da 27-30° isti olacaq.
Göygöl milli parkı
Hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 16-da fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-19° isti , gündüz 22-26° 16-da 18-20° isti olacaq.
Şirvan milli parkı
Havanın sabit, yağmursuz keçəcəyi, 16-da isə arabir yağış yağacaq.
Mülayim şərq küləyi, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-24° isti, gündüz 35-38° 16-da 25-30 ° isti olacaq.
Hirkan milli parkı
Cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləsədə, ayın 16-da arabir yağış yağacaq. Mülayim şərq küləyi, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 32-35° 16-da 27-30° isti olacaq.