“May ayında ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 13 müraciət daxil olub”.
Bu sözləri Lent.az-a açıqlamasında mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, müraciətlərdən üçü uşaq olub, ölüm hadisəsi qeydə alınmayıb:
Baş toksikoloq Azər Maqsudov
“Həm Bakıətrafı kəndlərdən, həm də rayonlardan xəstələrimiz olub. Onları gürzə ilanı sancıb və hamısına zərdab vurulub”.
Baş toksikoloq qeyd edib ki, ölkədə zərdab təminatı ilə bağlı heç bir problem yoxdur:
“Mərkəzi rayon xəstəxanaları, təcili tibbi yardım briqadalarının hamısı zərdablarla təmin olunub”.
A.Maqsudov əlavə edib ki, may ayında əqrəb və qaraqurd sancması ilə bağlı iki yüngül müraciət olub və lazımi yardımlar göstərilib.