İşğaldan azad olunmuş ərazilərə qanunsuz getməyin - FHN tədbir keçirdi
12 fevral 2021 11:57 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərə qanunsuz getməyin - FHN tədbir keçirdi

Fövqəladə Hallar Nazirliyi (FHN) əhalini işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlərdən çəkindirmək məqsədilə Ağdamda maarifləndirici tədbir keçirib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazirliyin əməkdaşları Ağdamın Quzanlı qəsəbəsində yerli əhali ilə görüşüb.  

FHN-nin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Turqay Abbaslı jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla gedən  mülki şəxslər arasında minaya düşərək həlak olan və yaralananların olduğunu nəzərə alaraq, belə səfərlərin təhlükəsi barədə əhalinin maarifləndirilməsi zərurəti yaranıb.

T. Abbaslı həmçinin qeyd edib ki, maarifləndirmə işlərinin daha geniş auditoriyaya çatdırmaq üçün bu tədbirlərin işıqlandırılması, xüsusilə də insanları işğaldan azad olunmuş torpaqlara qanunsuz səfərlərdən çəkindirilməsi məqsədilə kütləvi informasiya vasitələrinin də köməkliyindən istifadə olunacaq.

# 1422
avatar

Oxşar yazılar