İşdən çıxarılan müəllim sektor müdirinin otağında ölüb? - ŞOK İDDİA
18 yanvar 2023 20:01 (UTC +04:00)

İşdən çıxarılan müəllim sektor müdirinin otağında ölüb? - ŞOK İDDİA

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev barəsində ittihamlar irəli sürülüb.

Lent.az xəbər verir ki, iddialara görə, Arslan Hacıyev sektorun metodisti Elçin Abdıyevi işdən xaric edib. E.Abdıyev işdən azadolma səbəbini öyrənmək üçün onun qəbuluna gəlib. Ailə üzvlərinin sözlərinə görə, görüş zamanı müdir onunla necə rəftar edibsə, otaqda Elçin Abdıyevin ürəyi gedib və dünyasını dəyişib.

Məsələ ilə bağlı Lent.az-ın soğrusunu cavablandıran Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirib ki, yayılan məlumatlar əsassızdır:

“Biz 10 aydır ki, Arslan müəllimlə işləyirik. Heyətimiz 65 nəfərdən ibarətdir. Bu müddət ərzində onun işçilərdən hər hansısa birinə artıq rəftarının şahidi olmamışıq. Yayılan məlumatların hər biri yalan və böhtandır”.

Müəllimin işdən çıxarılmasına münasibət bildirən regional idarə deyir ki, ölüm faktı gerçəkdir:

“Elçin Abdiyevin ölüm faktı gerçəkdir. Amma onu işdən çıxarmamışıq. Əmək müqaviləsi bitdiyi üçün fəaliyyətinə xitam verilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10863
avatar

Fidan İlqar

Oxşar yazılar