Azərbaycanda bəzi iş yerlərində COVID-19 pasportu tələb olunacaq.
Lent.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara görə, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il avqustun 1-dən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.