“İranın sinirlərinin tarıma çəkilməsi - Bayden komandasının rəsmi Bakıya isti münasibətidir” - Vüsalə Hüseynli
17 iyun 2022 16:01 (UTC +04:00)

“İranın sinirlərinin tarıma çəkilməsi - Bayden komandasının rəsmi Bakıya isti münasibətidir” - Vüsalə Hüseynli

Bu günlərdə bir qrup şəxs Azərbaycanın Tehrandakı səfirliyi qarşısında aksiya keçirib. Azərbaycan əleyhinə şüarlarla zəngin olan aksiyada növbəti dəfə ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirilib.  Təbii ki, Azərbaycan dövləti bu əssassız ittihamların  təşkilatçısının,  səfirliyin qarşısında olan aksiyaların sifarişçisi kimliyini çox gözəl bilir.  İslahatçı Qadınlar və İnnovasiayalar İctimai Birliyinin sədri Vüsalə Hüseynlinin sözlərinə görə, İranın belə bir mövqe sərgiləməsi heç də təsadüf deyil: “ İran 30 il ərzndə özünü regionun sülhsevər dövləti qismində təqdim edərək, Azərbaycanın işğal altında olan ərazilərinin dağıdılmasında, evlərin, mədəni irsinin talan edilməsində, tarixi, mədəni, dini abidələrimizin məhv edilməsi, materialların İrana daşınması, irsimizin saxtalaşdırılması; irsin talan olunmasında xüsusi rolda iştirak edib. Bu faktlar dilə gətirilməsə də, səsləndirilməsədə ancaq reallıqlar hər zaman göz önündə olub. Biz 30 il erməni işğalı zamanı rəsmi Tehnanın şirkətlərinin ermənilərlə sıx münasibətini, həmin ərazilərdəqeyri-qanuni  fəaliyyətini gördük. 44 günlük  Vətən Müharibəsində möhtəşəm Zəfəri təkcə Ermənistanı deyil, digər ölkələrin, o cümlədən cənub qonşumuz İranın da yuxunu qaçırmış olduğunu da müşahidə etdik.

 Rəsmi Tehran 30 illik işğal dövründə rəsmi olmasa da, qeyri-rəsmi şəkildə Ermənistanın yanında dayandı. İranın Ermənistana iqtisadi dəstəyi bu illər ərzində heç dayanmadı. Çünki işğal dönəmində də, bu gündə Ermənistana bölgədə ikinci təzyiq imkanları İranın əlindədir. Çünki rəsmi Moskva ilə heç bir sərhəddə malik olmayan, Türkiyə ilə münasibətləri Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra tam normalaşacağını nəzərə alsaq, rəsmi Yerevan iqtisadi baxımdan İrandan asılı vəziyyətdədir. İran rəsmiləri də Ermənistana təsir imkanları olduqlarını heç vaxt gizlətmirlər. Görünən odur ki, İran bu gün Ermənistanı Azərbaycanla  sülh müqaviləsi imzalamağa daşıya biləcək imkana malik olsada, bunun əksinə mövqe nümayiş etdirir. Azərbaycan əleyhinə tədbirlərin sifarişçisi kimi çıxış edir”.

V.Hüseynli İranın bu günkü narahatlığının əsas səbəbinin isə Azərbaycan ABŞ münasibətlərinin daha da inkişafında görür: “  Biz İranın bu tipli addımlarını bu illər ərzində dəfələrlə görmüşük. Azərbaycanın ABŞ-ın Əfqanıstanda apardığı anti-terror əməliyyatlarında  rəsmi Vaşinqtonu birmənalı dəstəkləməsi və bu prosesdə lazımı dəstəyi verdiyi zaman da İran eyni mövqe sərgiləmişdi. Bu gün isə Azərbaycanla rəsmi Vaşinqtonun münasibətlərinin yüksək səviyyədə olması, Bayden komandasının rəsmi Bakıya isti münasibəti və Azərbaycan prezidentinin köməkçisi ilə Baydenin köməkçisinin son səmimi görüşü İran hakimiyyətinin sinirlərinin tarıma çəkilməsini nümayiş etdirir. Rəsmi Tehran buna  adekvat reaksiya olaraq, Azərbaycan əleyhinə səsləndirilən ittihamlar və rəsmi səviyyədə “Ermənistanın sərhəd toxunulmazlığı bizim üçün “qırmızı xətdir” kimi bəyanatları sərgiləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208
avatar

Oxşar yazılar