Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Lent.az-a verilən məlumata görə,fiziki şəxs İsbəndiyarov Cabir Babulla oğlunun İrandan idxal edilən 23 800 kiloqram, “Baku Fruit Delivery” MMC-nın Rusiyadan idxal etdiyi 19 950 kiloqram ərzaqlıq kartof məhsulundan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizmlər - kartofun qonur çürüməsi bakteriyası və kartof gövdə nematodu aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Zərərli orqanizmlə sirayətlənmiş məhsullar tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.