İrandan gətirilən portağallarda boya TƏHLÜKƏSİ
12 mart 2026 17:47 (UTC +04:00)

İrandan gətirilən portağallarda boya TƏHLÜKƏSİ

0

"Karvan Agro" MMC-nin İran İslam Respublikasından idxal etdiyi (istehsalçısı "Sajad Babaiee") ümumi çəkisi 21 200 kq portağal məhsulundan nümunələr götürülüb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna "Sajad Babaiee" istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar