İrana humanitar yardım göndərildi - VİDEO
10 mart 2026 09:33 (UTC +04:00)

İrana humanitar yardım göndərildi - VİDEO

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq nazirliyin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar