Nəsli kəsilməkdə olan heyvanlar kimi, nəsli kəsilməkdə olan qidalar da olacaq. Yaxın gələcəkdə iqlim böhranı insanın əlindən bir çox ərzaq növlərini alacaq.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə 2050-ci ilə qədər bəşəriyyət bir çox myvə və bitkiləri tamamilə itirəcək.
İqlim böhranı Cənubi Amerika, Afrika, Asiya və Havay kimi qəhvə yetişdirən bölgələrdə çox təsirlidir. Şərtlər belə davam edərsə, 2050-ci ilə qədər qəhvə istehsalı sahələrinin yarısı yox olacaq.
Qəhvəni müşayiət edən şokolad da qlobal istiləşmənin qurbanı ola bilər. Kakao ağacları isti iqlimə üstünlük versə də, bol nəmə və yağışa da ehtiyac duyur.
İqlim böhranı, nəinki çayın mövcudluğuna təhlükə yaradır, həm də hazırda onun keyfiyyətini və dadını pisləşdirir. Araşdırmalara görə, çay istehsalı sahələri 2050-ci ilə qədər 55% azala bilər.
Süfrələrimizin əsas nemətlərindən olan düyü və buğda da yoxa çıxacaq.
Çəltik əkilən rayonlarda orta hesabla 13 sm su dərinliyi olmalıdır, lakin artan temperaturun gətirdiyi quraqlıq bu sahələri də təhdid edir.
Pomidor üçün ən uyğun temperatur 22-28°C arasındadır. İndi yayda 35-40°C temperatur görməyə öyrəşdiyimizi nəzərə alsaq, pomidor üçün də təhlükə var.
Hər şeyi ilə süfrələrimizə dad qatan kartof, iqlim böhranı səbəbiylə itirəcəyimiz qidalar arasındadır.
İqlim böhranı səbəbindən gələcəkdə dadını unuda biləcəyimiz digər qidalar da var. Siyahını təqdim edirik.
Narıngi
Şaftalı
Ət və dəniz məhsulları
Şirin qarğıdalı
Şərab
Bibər
Fıstıq