“İnsan hansı yaşda özünü xoşbəxt edir sualına?” heç şübhəsiz bir çoxları “uşaqlıq vaxtı” cavabını verir.
Lakin aparılan araşdırmalar göstərib ki, heç də belə deyil.
Lent.az xarici mediaya istinadən bildirir ki, britaniyalı tədqiqatçıların 28000 nəfər arasında apardığı araşdırmalar fərqli nəticələr göstərib. Psixoloq doktor Yanq bildirib ki, insan işləməyə başladığı zamanlardan etibarən özünü daha xoşbəxt hiss etməyə başlayır.
Sorğuda 18-88 yaş arası insanlar iştirak edib. Yaş və xoşbəxtlik arasındakı balans isə özünü belə göstərib. İnsan bütün asılılıqlarından qurtarıb, sərbəstləşərkən, daha doğrusu 30-40 yaş aralığında daha xoşbəxt olurmuş.
Doktor Yanq bildirib ki, insan yaşa dolduqca özünü xoşbəxt hiss etdirəcək səbəbləri də çoxalır və ömrün qiymətini daha yaxşı anladığı üçün həyatı daha çox sevməyə başlayır. Hər gününü qiymətli etməyə çalışır.