Albaniyanın rəqəmsal naziri dünyada ilk belə layihədir.
Albaniyanın baş naziri Edi Rama süni intellektdən istifadə edərək yaradılan virtual nazirin, Dellanın ("Günəş") "hamilə" olduğunu və tezliklə 83 "uşaq" - parlament üzvləri üçün rəqəmsal köməkçi dünyaya gətirəcəyini açıqlayıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bu köməkçilərin hər biri Sosialist Partiyasının millət vəkilinə təyin ediləcək və görüşləri izləməyə, tədbirləri qeyd etməyə və buraxılmış tədbirləri bildirməyə kömək edəcək.
Rama qeyd edib ki, sistem 2026-cı ilin sonuna qədər tam işlək vəziyyətdə olmalıdır və bu da parlament üzvlərinə iclasda iştirak etmədikləri zaman belə müzakirələrdən xəbərdar olmağa imkan verəcək.
İlk dəfə 2024-cü ilin sentyabrında virtual nazir kimi təqdim olunan Diella əvvəllər e-Albaniya platformasında çalışaraq vətəndaşlara və müəssisələrə dövlət sənədlərini əldə etməyə kömək edib. Hazırda o, dövlət satınalmaları islahatları, tenderlərin tam şəffaflığının təmin edilməsi və bu sahədə qərarların qəbul edilməsindən məsuldur.