Bu il yanvar ayının 1-dən bu günə kimi taksi fəaliyyəti ilə məşğul olan sürücülər qarşısında qoyulmuş tələbləri pozan 100-dən artıq sürücü aşkarlanaraq məsuliyyətə cəlb edilib.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O qeyd edib ki, bu tarix ərzində 80-ə yaxın avtobus sürücüsü barəsində də inzibati tənbeh tədbirləri görülüb.