İki gün ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
06 fevral 2021 02:10 (UTC +04:00)

İki gün ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən fevralın 8-dək saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500
avatar

Oxşar yazılar