Xəzər rayonunun bir sıra ünvanlarında intensiv yağış nəticəsində fəsadlar müşahidə olunub.
Xəzər Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən xəbərə görə, bununla əlaqədar RİH rəhbərliyi tərəfindən aidiyyəti idarə və müəssisələrin koordinasiyalı fəaliyyəti təşkil olunaraq, öncədən müəyyən edilmiş riskli ərazilərə xüsusi texnikalar cəlb edilib və ilkin qabaqlayıcı tədbirlərin icrasına başlanılıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sözügedən ərazilərə yerində baxış keçirilib, yağışın fəsadlarının qısa müddət ərzində aradan qaldırılması məqsədilə əlavə nasosların cəlb olunması və digər lazımi tədbirlərin görülməsi istiqamətində müvafiq göstərişlər verilib.