"İcra başçısı qaziyə hörmətsizlik edib,  məndə video var"   - Sabir Rüstəmxanlı
30 sentyabr 2022 13:19 (UTC +04:00)

"İcra başçısı qaziyə hörmətsizlik edib, məndə video var" - Sabir Rüstəmxanlı

“Azad olunmuş ərazilərin əhalisinin bəziləri qeydiyyatdan çıxıb və Bakı qeydiyyatına düşüb. Onlar yenidən öz yerlərində qeydiyyata düşmək istəyirlər”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, digər bir problem qazilərlə bağlıdır: “Qazilərin sayını artırmaqla, şişirtməklə ictimai rəyi çaşdırmağa çalışırlar. Burada qazilərlə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Təklif edirəm ki, bu say diqqətlə araşdırılsın və dəqiq rəqəm geniş formada verilsin. Bəzən intihar edənlərin qazi olması ilə bağlı məsələ gündəmə gəlir, araşdırılır ki, qazi deyil. Yaxud mənim təmsil etdiyim dairədən bir nəfər intihar etmişdi. Amma biz onun intiharının səbəbini bilirik. Yenə də sosial şəbəkələrdə ictimai rəyi çaşdırmağa çalışdılar”.

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, qazilərin bu gün çoxlu problemləri var: “Qaziləri qəbul edənlə onlar diqqətlə yanaşsınlar. Məndə görüntülər, videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir. Mən bunu açıqlamaq istəmirəm. Şəhid adının əbədiləşdirilməsinə diqqət yetirilməlidir. İlk olaraq evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır. Digər tərəfdən ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır. Təqaüd prinsplərinin ölkədə pozulması çox böyük narazılıqlar yaradır. İlk olaraq qazilərin və onların ailələrinin təqaüd məsələsi nizama salınmalıdır. Mən bizim şəhidlərimizin, qazilərimizin savaşa necə getdiklərini görmüşəm. Onların bu duyğusunu öldürmək olmaz”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov nəzərə çatdırıb ki, Qazax rayonunda 51 şəhid var, hər birinin ailəsinə xüsusi diqqət və qayğı göstərilir: “Biz 44 günlük müharibədən əvvəl Qazaxda səngərlər qazırdıq. O səngərlər yerin altında idi. Amma o səngərlərə düşməyə ehtiyac olmadı, çünki yerin altına şəhidlər girdilər və yüksəldilər. Biz torpaqlarımız işğaldan azad etmişik, ancaq təhlükə var. Təklif edirəm şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanuna dəyişikliklər edilsin və qaldırılan bu məsələlər öz həllini tapsın”.

# 2130
avatar

Oxşar yazılar

Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45
Sabah bu yollar  buz bağlayacaq   - HAVA PROQNOZU

Sabah bu yollar buz bağlayacaq - HAVA PROQNOZU

7 dekabr 2022 , 12:20
Nikahdan əvvəl  cinsi əlaqə   cinayət hesab ediləcək

Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab ediləcək

6 dekabr 2022 , 19:57
Normal havada  duman işıqlarını   yandırmaq olar?

Normal havada duman işıqlarını yandırmaq olar?

6 dekabr 2022 , 18:43
Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

6 dekabr 2022 , 17:08
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

6 dekabr 2022 , 13:18
Sabah bu ərazilərə  qar yağacaq   - HAVA PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU

6 dekabr 2022 , 12:24
İlon Mask

İlon Mask Bakıya gəlir?

6 dekabr 2022 , 10:55