İcbari tibbi sığortanın yer aldığı istənilən xəstəxanaları seçə bilərikmi? - CAVAB
13 iyul 2021 12:34 (UTC +04:00)

İcbari tibbi sığortanın yer aldığı istənilən xəstəxanaları seçə bilərikmi? - CAVAB

“Bel fəqərəmin MRT müayinəsi üçün göndərişin Mərkəzi Klinik Xəstəxanasına yazılmasını istəsəm də, mümkün olmadı”.

Bu barədə Lent.az-a şikayət ünvanlanıb. Şikayətçi bildirib ki, sağlığı ilə baş verən problem səbəbindən Zabrat qəsəbəsində yerləşən 21 saylı şəhər poliklinikasına müraciət edib:

“Həkimin qəbulunda oldum və müayinə üçün 3 saylı Sabunçu xəstəxanasına göndəriş yazıldı. Bir neçə dəfə müalicə prosesimlə yanaşı, əməliyyatımın baş tutduğu Mərkəzi Klinik Xəstəxanasına göndəriş verilməsini istəsəm də, həkim bunun mümkünsüzlüyünü bildirərək dedi ki, ancaq əraziyə uyğun olaraq mövcud xəstəxanalara göndəriş yazıla bilər”.

“Bir sual, bir cavab” rubrikasının bugünkü mövzusu elə bununla bağlıdır. Maraqlıdır, pasiyentlər icbari tibbi sığortanın yer aldığı istənilən xəstəxanaları seçə bilərlərmi? 

Mövzu ilə bağlı sorğumuza cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir:

“Əgər vətəndaşın bel fəqərəsinin MRT müayinəsi TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisələrində qarşılanırsa, göndəriş həmin tibb müəssisəsinə verilir.

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində sözügedən xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir”.

Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı ilə buradan tanış ola bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3177
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar