“Gələcək iki ildə ibtidai siniflərdə dərsliklər tamamilə yenilənəcək”.
Lent.az məlumat verir ki, bu sözləri Təhsil İnstitunun direktoru Rüfət Əzizov deyib.
O bildirib ki, bu ildən başlayaraq I və II siniflər yeni dərsliklərdən istifadə edə biləcəklər:
“Bu dərsliklərin fərqi bundan ibarətdir ki, burada iş dəftəri ilə dərslik bir yerdə olacaq. Dərsliklərdə müəllimlər üçün bələdçi də yer alacaq”.