Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
AQTA-dan Lent.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Oğuz şəhəri, 20 Yanvar küç., ev 31 ünvanında fəaliyyət göstərən, “AFRA LTD” MMC-yə məxsus hoteldə keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Müəssisədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələblərinin pozulduğu, masalararası və oturacaqlararası məsafəyə riayət olunmadığı, masaların üzərində dezinfeksiyaedici məhlulların yerləşdirilmədiyi, işçi personalın fərdi qoruyucu vasitələrdən (maska, əlcək və s.) təlimata uyğun istifadə etmədiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.