Hazırda hərbi xidmətdə olan və onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərə güzəşt olunacaq.
Lent.az-a bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hərbi xidmətdə olduğu üçün hazırkı müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edə bilməyənlər üçün növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.