Hərbi pilotlarımız Türkiyədə keçiriləcək festivalda nümunəvi uçuşlar edəcək
18 sentyabr 2021 18:00 (UTC +04:00)

Hərbi pilotlarımız Türkiyədə keçiriləcək festivalda nümunəvi uçuşlar edəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

# 2208
avatar

Oxşar yazılar