22 iyun 2021 21:12 (UTC +04:00)

Hərbi Dəniz Qüvvələrinin gecə təlimlərindən FOTOLAR

Müdafiə Nazirliyinin 2021-ci ilin döyüş hazırlığı planına əsasən həyata keçirilən təlimlərin birinci mərhələsi başa çatıb.

APA-nın məlumatına görə, mərhələnin son tapşırığı hava və sualtı hədəflərə qarşı atışların yerinə yetirilməsi olub.

Tapşırığın icrası zamanı düşmənin hava hədəfləri həmçinin sualtı qayıqlarına dərinlik bombaları atılıb və radiolokasiya maneələri qoyulub. Bundan sonra plana uyğun olaraq müəyyən olunmuş hədəflərə atəş açılıb.

Tapşırıq döyüş gəmiləri dəstəsi tərəfindən uğurla yerinə yetirilib.

Qeyd edək ki, təlimin ikinci mərhələsi sabah keçiriləcək.

Foto İlkin Nəbiyev

# 669
avatar

Oxşar yazılar