Hər bölgənin xüsusi hava proqnozu açıqlanmalıdır –  EKSPERT
05 may 2021 15:15 (UTC +04:00)

Hər bölgənin xüsusi hava proqnozu açıqlanmalıdır – EKSPERT

“Kənd təsərrüfatı spesifik sahədir. Yağışlı və küləkli hava taxıl səpini, bostan -tərəvəz məhsullarının əkini üçün əlverişsiz hava şəraiti sayılır”.

Bu fikirləri Lent.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib. 

İqtisadçı ekspert Akif Nəsirli

Ekspert qeyd edib ki, ölkənin hidrometroloji xidməti daha yaxşı işləməlidir. Havanın dəyişməsi kənd təsərrüfatının müxtəlif sahələrinə gözlənilmədən zərər verə bilər. Hər bölgənin xüsusi olaraq hava proqnozu müəyyənləşməlidi”. 

Akif Nəsirlinin sözlərinə görə, Azərbaycan kiçik ölkə olsa da, burada rəngarəng iqlim qurşaqlarına uyğun hava kütlələri var:

“Ona görə hesab edirəm ki, bu məsələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Xidmətinin üzərinə böyük bir vəzifə düşür. İldən-ilə hava proqnozu üçün müşahidə məntəqələrinin sayı artır. Onlar müasir standartlara uyğun qurğularla təchiz olunur. Amma hələ ki ölkənin tam ərazisini əhatə etməyinə görə problem yaranır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2622
avatar

Nigar Adil

Oxşar yazılar