Həkim tibb bacısı ilə cinsi əlaqədə olmaq üçün  əməliyyat otağını tərk etdi
12 sentyabr 2025 19:59 (UTC +04:00)

Həkim tibb bacısı ilə cinsi əlaqədə olmaq üçün əməliyyat otağını tərk etdi

0

Həkim ümumi anesteziya altında olan xəstəni nəzarətsiz qoyaraq əməliyyat otağını tərk edib.

Böyük Britaniyada 44 yaşlı anestezioloq Suhayla Anjuma ilə bağlı qalmaqal baş verib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, peşəkar uyğunluğu ilə bağlı dinləmələrdə məlum olub ki, 2023-cü ilin sentyabrında prosedur zamanı əməliyyat otağını tərk edib və qonşu otağa gedib, orada tibb bacısı ilə cinsi əlaqədə olub. Bu zaman ümumi anesteziya altında olan bir xəstə stolun üstündə qalıb və anestezioloq səkkiz dəqiqə yoxa çıxıb.

Eşton-ander-Layn şəhərindəki xəstəxanada baş verən hadisə yalnız iki ildən sonra, həkimin işə qayıtmaq istəyinə baxılarkən üzə çıxıb. Anjum özü də xəstənin həyatını təhlükəyə atdığını etiraf edib və həmkarı ilə intim münasibətdə olduğunu təsdiqləyib. 2024-cü ilin fevralında istefa verib və Pakistana qayıdıb, lakin indi Britaniya səhiyyə sistemində bərpa olunmağa çalışır.

Həkimlər şurasının iclasında günün həddindən artıq gərgin keçdiyi bildirilib: beş əməliyyat aparılıb və üçüncü əməliyyat zamanı həkim postunu tərk edib. Özü də hadisəni ailə çətinlikləri ilə əlaqəli çətin emosional vəziyyətlə əlaqələndirib.

Onun sözlərinə görə, vaxtından əvvəl qız övladının dünyaya gəlməsi və evliliyindəki problemlər onun psixi sağlamlığına və əmək intizamına təsir edib.

Anjumun Böyük Britaniyada tibbi təcrübəyə qayıda biləcəyi ilə bağlı yekun qərar gələn həftə veriləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 563

Oxşar yazılar