"İyunun 28-i saat 06:00-dan respublikanın bütün şəhər və rayonlarında müntəzəm sərnişindaşıma xidməti icra ediləcək".
Bu sözləri Lent.az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O bildirib ki, iyunun 28-dən avtobuslar işləyəcək:
"Həftəsonu, yəni iyunun 26-27-də isə yalnız şəhərlərarası və rayonlararası marşrut xətləri fəaliyyət göstərəcək".