Həbs edilən COVID xəstələri Amnistiyaya  düşəcəkmi? - CAVAB
05 noyabr 2021 15:39 (UTC +04:00)

Həbs edilən COVID xəstələri Amnistiyaya düşəcəkmi? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu cinayət işi açılıb həbs edilən koronavirus xəstələri ilə bağlıdır.

Xəbər verildiyi kimi, bu gün Milli Məclisdə “8 noyabr” Zəfər günü ilə əlaqədar amnistiya aktı qəbul edilib. Amnistiya Aktının 15 minə yaxın məhkuma şamil ediləcəyi bildirilir.

Bəs görəsən karantin rejimi ilə əlaqədar yaşadığı yerləri tərk edən COVID xəstələri də Amnistiya Aktına düşəcəklərmi?

Rubrikamızın sualına hüquq müdafiəçisi, sabiq deputat Çingiz Qənizadə cavab verib.

O bildirib ki, amnistiya aktı bir sıra maddələrə şamil edilmir: "Onların arasında 139-1-ci, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması maddəsi də var. Buna görə də aktiv COVID-19 daşıyıcısı olduğu halda karantin rejimi qaydalarını pozaraq ictimai yerlərdə saxlanılan və cinayət işi açılıb həbs edilənlər Amnistiya Aktından kənarda qalacaq".

Qeyd edək ki, karantin rejimi dövründə Azərbaycanda xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə 1155 cinayət işi başlanıb, 595 nəfər məsuliyyətə cəlb olunub. Həmin işlər üzrə məhkəmələr tərəfindən 44 nəfər barəsində həbs, 58 nəfər barəsində polisin nəzarəti altına vermə, qalan 493 nəfər barədə isə digər qətimkan tədbirləri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4239
avatar

Mehman Nəbiyev

Oxşar yazılar