
Havanın kəskin dəyişməsi ilə bağlı növbəti XƏBƏRDARLIQ: "Yalnız bu avtomobillər..."
Bakıda və Abşeron yarımadasında ayın 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0, mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır.
Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, temperaturun aşağı düşməsi nəticəsində sürücülər yola çıxarkən son dərəcə diqqətli olmalıdırlar. Onun sözlərinə görə, şaxtalı hava şəraitində avtomobil sahibləri mövsümi qış təkərlərindən, eləcə də hər iki oxu aparıcı olan avtomobillərdən istifadəyə üstünlük versinlər:
"Belə hava şəraitində istifadə edilən avtomobillərin təkərlərinin mövsümə uyğun olmasını tövsiyə edirik. Avtomobillərin şüşə ilgəcləri mütləq işləməli, avtomobillər texniki cəhətdən saz olmalı, əyləc sistemindən istifadə edilməməlidir. Sürət həddi hava şəraitinə uyğun olmalı, ara məsafəsi gözlənilməlidir.
Piyadalar yolların hərəkət hissəsindən hərəkət etməsinlər, yalnız onlar üçün ayrılmış səkilərdən istifadə üstünlük verməlidirlər".
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
26 fevral 2021 , 17:01
Koronavirus statistikası: 180 sağalma, 219 yoluxma, 4 ölüm
26 fevral 2021 , 15:47
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib - FOTO
26 fevral 2021 , 14:45
5 dərəcə şaxta olacaq - SABAHIN PROQNOZU
26 fevral 2021 , 13:24
Yenidən qar yağacaq -XƏBƏRDARLIQ
26 fevral 2021 , 13:20
Xocalı günü doğuldu, şəhid oldu - ANIM
26 fevral 2021 , 11:29
Xocalı soyqırımından 29 il ötür
26 fevral 2021 , 00:04
Əsirlikdən xilas olan dualar... - Səbuhi Məmmədli Laçından yazır
25 fevral 2021 , 18:51