Hava yenə PİSLƏŞƏCƏK:  Güclü külək, dolu... -  XƏBƏRDARLIQ
18 may 2022 16:45 (UTC +04:00)

Hava yenə PİSLƏŞƏCƏK: Güclü külək, dolu... - XƏBƏRDARLIQ

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,

Bakıda və Abşeron yarımadasında

Mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur.

Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 28-33 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal var.

# 6018
avatar

Oxşar yazılar