Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də gündüz cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 22-də gündüz cənub-qərb küləyinin ayrı-ayrı rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.