Hava  XƏBƏRDARLIĞI   - Güclü külək əsəcək, yağış yağacaq
24 may 2021 16:20 (UTC +04:00)

Hava XƏBƏRDARLIĞI - Güclü külək əsəcək, yağış yağacaq

Mayın 25-i gündüzdən 27-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, mayın 25-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

# 5199
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar