Hava  XƏBƏRDARLIĞI:   Güclü külək əsəcək
12 oktyabr 2021 16:26 (UTC +04:00)

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək

Azərbaycanda havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında oktyabrın 13-ü gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s, 14-ü isə gündüz şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 13-14-də cənub-qərb, qərb küləyinin 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

# 4632
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar