Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında yanvarın 20-də arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcək.
Havanın temperaturu günün birinci yarısında 3°-dək isti, axşam 0°-yə yaxın olacaq.
Azərbaycanın rayonlarında yanvarın 19-u axşam şimal və qərb rayonlarında, 20-dən 21-dək isə əksər rayonlarda hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, yanvarın 19-da gündüz, 20-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar rayonlarda yolların buz bağlayacağı ehtimalı var.