Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosu xəbərdarlıq edib.
Bürodan Lent.az-a verilən məlumata görə, dekabrın 12-si axşam şimal-şərq, şərq rayonlarından başlayaraq 15-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, 14-də dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Şərq küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.